Modern.az

İslandiya Moskvadakı səfirliyini bağlayır - Rusiyadan da eynisini tələb edir

İslandiya Moskvadakı səfirliyini bağlayır - Rusiyadan da eynisini tələb edir

Dünya

9 İyun 2023, 17:05

İslandiya Xarici İşlər Nazirliyi avqustun 1-dən ölkənin Moskvadakı səfirliyinin işini dayandırmaq qərarına gəlib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rəsmi Reykyavik Moskvadan da analoji addım atmasını tələb edib.

 

Rusiya səfiri qərarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb. İslandiya həmçinin Rusiyadan Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının 11-ci maddəsinə uyğun olaraq Reykyavikdəki səfirliyinin fəaliyyətini məhdudlaşdırmağı və diplomatik nümayəndəliyin səviyyəsini azaltmağı tələb edib.

 

"Bu, asan qərar deyil, çünki 1944-cü ildə müstəqillik əldə etdiyimizdən bəri İslandiyanın Rusiya xalqı ilə zəngin əlaqələri var. Lakin indiki vəziyyət sadəcə olaraq İslandiyanın kiçik diplomatik xidmətinin Rusiyada səfirliyinin olmasına imkan vermir. İslandiyanın Moskvadakı səfirliyinin fəaliyyətini dayandırmaq qərarı diplomatik münasibətlərin kəsilməsi demək deyil. Şərtlər imkan verən kimi İslandiya Moskvada İslandiya səfirliyinin yenidən açılmasına üstünlük verəcək", - məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
İran Ermənistanı silahlandırır-500 milyonuq müqavilə