“Bəzi sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı yayılan iddiaların həqiqətə uyğun olmadığını bildiririk”.
Modernaz xəbər verir ki, bu barədə Türkiyə Kommunikasiya Müdirliyinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) məlumat yayıb.
"Prezident Rəcəb Tayyib Ərdoğanın sağlamlıq durumu ilə bağlı irəli sürülən iddialar qətiyyən doğru deyil. Məqsədli və əsassız iddialara inanmayın. Bunun məqsədi ictimaiyyəti manipulyasiya etməkdir", - açıqlamada deyilir.