Serbiyada on minlərlə insan etiraza qalxdı

Serbiyada on minlərlə insan etiraza qalxdı

10 İyun 2023, 01:12

Serbiyanın paytaxtı Belqrad şəhərində etiraz aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, "Serbiya zorakılığa qarşı" şüarı altında təşkil olunan aksiyaya on minlərlə insan qoşulub.

 

Məlumata görə, ölkədə 18 nəfərin ölümü ilə nəticələnən kütləvi cinayətlərə hökumətin reaksiyası narazılığa səbəb olub. Hökumətin mövqeyinə etiraz edən müxalif qüvvələr vətəndaşları aksiyaya çağırıb.

 

Bildirilib ki, etirazçıların əsas tələbi ictimai yerlərdə zorakılığın təbliğatını dayandırmaqdan ibarətdir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ - Ordumuza təslim olmayan məşhur erməni polkovnik öldürüldü?