Modern.az

Britaniya Ukraynaya humanitar yardım göstərəcək

Britaniya Ukraynaya humanitar yardım göstərəcək

Dünya

10 İyun 2023, 18:22

Böyük Britaniya hökuməti Kaxovka su elektrik stansiyasında (SES) fövqəladə vəziyyətdən zərər çəkənlərə kömək üçün əlavə olaraq 16 milyon funt-sterlinq (indiki məzənnə ilə 20 milyon ABŞ dollar - Qeyd) ayıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

 

Böyük Britaniya Qırmızı Xaç hərəkatına 10 milyon funt sterlinq, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinə (OCHA) 5 milyon funt sterlinq və Beynəlxalq Miqrasiya Təşkilatına isə 1 milyon funt sterlinq ayıracaq.

 

Nazirlik bildirib ki, artıq Britaniyanın iki xilasedici qayığı, axtarış-xilasetmə avadanlığı və tibbi yardım dəstləri Xersona çatdırılıb. Qalan yüklər gələn həftə zərər çəkmiş ərazilərə çatmağa başlamalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!