Modern.az

Çeçenistanda iki yeni alay yaradıldı - Ukraynaya göndərilir

Çeçenistanda iki yeni alay yaradıldı - Ukraynaya göndərilir

Dünya

10 İyun 2023, 20:22

Yaxın vaxtlarda təcrübəli döyüşçülərdən ibarət iki yeni alay - "Axmat-Rusiya" və "Axmat-Çeçenistan" xüsusi hərbi əməliyyat zonasına göndəriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.

 

O bildirib ki, Çeçenistan Respublikasından olan 42-ci diviziya Zaporojye vilayətində 58-ci ordunun tərkibində döyüşür.

 

Kadırovun sözlərinə görə, Zaporojye vilayətində 42-ci diviziyanın 6000-dən çox çeçen döyüşçüsü var. O, həmçinin bildirib ki, “Şimal-Axmat” xüsusi təyinatlıların 78-ci motoatıcı alayı hazırda “Axmat” xüsusi təyinatlıları, habelə Rusiya Qvardiyasının Çeçenistan Respublikasındakı İdarəsinin döyüşçüləri ilə birlikdə Maryinski istiqamətində döyüş əməliyyatlarında iştirak edir. 94-cü və 96-cı alaylar və OMON “AXMAT-1” bütün təmas xəttindədir.

 

Qeyd edilib ki, "Axmat-Rusiya" və "Axmat-Çeçenistan" alayı yeni yaradılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı