Modern.az

Fransadan Rusiyaya görə İrana xəbərdarlıq

Fransadan Rusiyaya görə İrana xəbərdarlıq

Dünya

10 İyun 2023, 22:22

Fransa prezidenti Emmanuel Makron iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı zamanı Tehranı Ukrayna münaqişəsində Rusiyaya dəstəyi dayandırmağa çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi Yelisey sarayının nümayəndəsinə istinadən məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Makron İranın Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükünün nəticələrinin ciddiliyinə diqqət çəkib. Fransa prezidenti Tehranı Moskvaya dəstəyini dərhal dayandırmağa çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu