Modern.az

Çin neft hasilatını artırır

Çin neft hasilatını artırır

11 İyun 2023, 09:32

Çin enerji idxalını azaltmaq üçün dərin sularda qazma işlərinə böyük sərmayə qoyur və neft hasilatını artırır.

 

Modern.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

 

Bildirilib ki, Çin tədarükünün 70%-dən çoxunu xaricdən alır, halbuki minilliyin əvvəlində isə bu rəqəm 10%-dən az idi. Odur ki, Çinin üç ən böyük dövlət neft şirkətindən biri olan “China National Offshore Oil Corp” dərin sularda qazma texnologiyasının inkişafına böyük vəsait xərcləyir. Çin enerji idxalı marşrutlarını mümkün qədər artırmağa və şaxələndirməyə çalışır. Beləliklə, Rusiyadan Qazaxıstanın şimal ərazilərindən keçməklə Çinə qaz kəmərinin çəkilməsi məsələsi hazırda fəal müzakirə olunur.

 

Həmçinin, Çinə təbii qaz satışını artırmaq üçün Rusiya Pekinlə illik gücü 50 milyard kubmetr olan ikinci “Sibirin Gücü 2” qaz kəmərinin tikintisi üçün danışıqlar aparır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi