Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri iyunun 11-ə keçən gecə İran istehsalı olan 6 PUA-nı məhv edib.
Modern.az bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin teleqram kanalına istinadən xəbər verir.
Bildirilib ki, pilotsuz təyyarələr ölkənin şərqində, "Vostok" hava komandanlığının zonasında vurulub.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan İran Moskvaya "Şahed" pilotsuz uçuş aparatlarını tədarük edir.