Modern.az

Ukraynadan Rusiyaya yeni SANKSİYALAR

Ukraynadan Rusiyaya yeni SANKSİYALAR

11 İyun 2023, 16:04

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, fərman Ukrayna Prezident Ofisinin saytında yerləşdirilib.

 

Fərmana əsasən sanksiya siyahısına 178 nəfər daxil edilib.

 

Fərmanla qüvvəyə minmiş qərarının icrasına nəzarət Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinə həvalə edilib.

 

Qeyd edək ki, siyahıdakıların əksəriyyətinin Rusiya vətəndaşlığı var. Sanksiyaya məruz qalanlar arasında Rusiya hakimlərinin bir çox nümayəndələri, o cümlədən Konstitusiya Məhkəməsinin hakimləri var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!