Bu gün saxlanılan Şotlandiyanın keçmiş birinci naziri Nikola Stercen azadlığa buraxılıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Şotlandiya polisinə istinadən məlumat yayıb.
Bildirilir ki, ona qarşı heç bir ittiham irəli sürülməyib. Stercen ittihamları rədd edib və heç bir qanunsuzluq etmədiyini deyib.
***
18:11
Şotlandiyanın sabiq Birinci naziri Nikola Stercen həbs edilib.
Modern.az bu barədə "Sky News" telekanalına istinadən xəbər verir.
Bildirilib ki, Nikola Stercen Şotlandiya millətçilərinin maliyyələşdirilməsi işi ilə əlaqədar həbs olunub.