Modern.az

Tunisə 1 milyard avroluq YARDIM

Tunisə 1 milyard avroluq YARDIM

11 İyun 2023, 19:01

Avropa İttifaqının (Aİ) liderləri Tunisə makroiqtisadi yardım proqramı çərçivəsində 900 milyon avro, o cümlədən ölkədə yaşıl enerjinin inkişafı və Tunislə Aİ arasında İtaliyadan keçməklə elektrik və fiber optik kabellərin çəkilişi üçün 150 milyon avro vəd edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen İtaliya Baş naziri Corca Meloni və Niderland Baş naziri Mark Ryutte ilə Tunisə səfər edib.

 

Avropa Komissiyasının rəhbəri bu gün Tunisdə keçirilən brifinqdə Tunisə demokratiya quruculuğu və Aİ-yə yönəlmək yolunda dəstəkləmək üçün hərtərəfli əməkdaşlıq paketi təklif edilib.

 

Ursula fon der Lyayen qeyd edib ki, Avropadan yüksək sürətli internet təminatı üçün fiber optik kabel, Tunisdən Avropaya isə Aralıq dənizinin dibindən keçməklə yaşıl mənbələrdən alınan təmiz elektrik enerjisinin nəqli üçün elektrik kabelinin çəkilişi növbəti addımlardır. Bu, ELMED layihəsi adlanır. Avropa Komissiyası bu ilin payızında bu layihənin reallaşması üçün vəsait cəlb etmək məqsədilə biznes-forum keçirmək niyyətindədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi