Modern.az

ABŞ YUNESKO-ya qayıdır 

ABŞ YUNESKO-ya qayıdır 

11 İyun 2023, 21:55

ABŞ BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (YUNESKO) üzvlüyü bərpa etmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

 

Bildirilir ki, üzvlüyün bərpası üçün təşkilata ərizə ilə müraciət edilib.

 

Xatırladaq ki, Fələstin 2011-ci ildə YUNESKO-nun tamhüquqlu üzvü olduqdan sonra Obama administrasiyası təşkilata maliyyə ayırmağı dayandırdı. 2017-ci ildə Tramp administrasiyası isə təşkilatdan tam çıxdığını elan etdi.

 

Qeyd edək ki, YUNESKO-ya yenidən qoşulmaq Bayden administrasiyasının xarici siyasət məqsədlərindən biridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi