Modern.az

Rafael Qrossi Kiyevə gedir

Rafael Qrossi Kiyevə gedir

11 İyun 2023, 23:33

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi gələn həftə Kiyevə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb.

 

Bildirilir ki, səfər Zaporojye Atom Elektrik Stansiyasının (AES) təhlükəsizliyi ilə bağlı narahatlıqlar fonunda baş tutacaq.

 

Qeyd edək ki, AES qurğularını soyudan su anbarında suyun səviyyəsi azalıb. Buna səbəb "Kaxovka" su elektrik stansiyasının partladılması olub.

 

Atom elektrik stansiyası bir neçə aydır ki, elektrik enerjisi istehsal etməsə də, radioaktiv materialların buraxılması riskinin qarşısını almaq üçün hələ də su və elektrik enerjisinə ehtiyac var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi