Bu gündən Almaniyada NATO-nun təşkil etdiyi “Air Defender” adlı genişmiqyaslı hərbi hava təlimlərinə start veriləcək.
Modern.az xəbər verir ki, bu barədə Almaniya Bundesverinin saytında məlumat yer alıb.
Təlimlərdə 25 ölkədən 10 min hərbçi, 250 təyyarə iştirak edəcək. Həmin təyyarələrin 100-ü ABŞ-dan göndərilib və Avropada yerləşdiriləcək.