Ukrayna ordusunun əks-hücum əməliyyatı artıq ilk nəticələrini verib.
Modern.az xəbər verir ki, hərbçilər Ukraynanın cənub və cənub-şərqində xeyli irəliləyiblər.
Ukrayna qüvvələri Donetsk vilayətinin Blaqodatne kəndində bombalanmış binada ölkə bayrağını dalğalandıran hərbçilərin görüntülərini yayıb. Digər bir videoda isə ukraynalıların Blaqodatnenin yaxınlığında yerləşən Neskuçne kəndində olduğu bildirilir.
“Biz əks-hücum hərəkətlərinin ilk nəticələrini, lokal nəticələrini görürük”, - Ukraynanın “Tavriya” hərbi sektorunun sözçüsü Valeri Şerşen bildirib.
Müdafiə nazirinin müavini Anna Malyar isə deyib ki, Ukrayna qüvvələri cənubda yerləşən Makarivkanı "işğaldan azad edib" və cənub cəbhəsində iki istiqamətdə 300-1500 metr irəliləyib.
"Qüvvələrimizin müdafiədə olduğu istiqamətlərdə heç bir mövqe itirilməyib", - deyə Malyar qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynanın hücum əməliyyatına başladığını açıqlayıb. O bildirib ki, Ukrayna ordusunun əməliyyatı uğurla davam edir, lakin bu, Rusiyanın müdafiə xəttini poza bilməyib və ağır itkilər verib.
Ukrayna prezidenti Volodimir Zelenski isə gecə videomüraciətində qoşunları tərifləyib, lakin döyüşlərin getdiyi xüsusi əraziləri açıqlamayıb: “Əlbəttə, mən bu günə görə əsgərlərimizə minnətdaram”. O, şərq və cənubda döyüşlərin davam etdiyini diqqətə çatdırıb.
Zelenski şənbə günü Ukraynanın əks-hücum və müdafiə əməliyyatları həyata keçirdiyini təsdiqləyib.
Kiyev rəsmiləri ciddi susqunluq nümayiş etdirir və və ukraynalıları əməliyyata xələl gətirə biləcək hər hansı məlumatı açıqlamamağa çağırır.