Cənubi Koreyanın paytaxtı Seulda 123 mərtəbəli binaya dırmaşmağa çalışan şəxs saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə "Chosun Ilbo" qəzeti məlumat yayıb.
Bildirilir ki, həmin şəxs binanın 73-cü mərtəbəsinədək qalxıb, orada polis və yanğınsöndürənlər onu enməyə məcbur edib. Təhlükəsizlik üçün nəzərdə tutulan kəndirlər olmadan dünyanın ən böyük beşinci binası hesab edilən "Lotte World Tower"ə çıxmağa cəhd edən şəxs polis idarəsinə aparılıb və sorğu-sual edilib.
Qəzetin məlumatına görə, saxlanılan şəxs Britaniya vətəndaşıdır və o, bundan əvvəl Londonda hündürmərtəbəli binaya çıxmağa cəhd edib.