Modern.az

Monteneqro seçkiləri: Avropayönümlü partiya qələbə qazandı

Monteneqro seçkiləri: Avropayönümlü partiya qələbə qazandı

Dünya

12 İyun 2023, 09:12

Monteneqroda növbədənkənar parlament seçkiləri keçirilib.

 

Modern.az xəbər verir ki, seçkilərdə Avropayönlü partiya qalib gəlib.

 

İlkin nəticələrinə görə, Monteneqronun Avropa İttifaqına daxil olmasını və eyni zamanda Serbiya ilə yaxınlaşmasını müdafiə edən “İndi Avropa” hərəkatı növbədənkənar parlament seçkilərində təxminən 26% səs toplayaraq birinci yeri tutub. Partiyanın lideri Milojko Spaik artıq qələbə qazandığını elan edib.

 

Ölkənin eks-prezidenti Milo Cukanoviçin partiyası 23% səslə ikinci yerdədir. Aprel ayında Monteneqroya təxminən 30 il rəhbərlik edən Cukanoviç prezident seçkilərində “İndi Avropa” hərəkatını təmsil edən Jakov Milatoviçə məğlub olub.

 

Spaik bildirib ki, seçkilərin "nəticələrindən çox razıdır" və "dəyərlərimizi paylaşan" bütün partiyaların nümayəndələri ilə ilkin danışıqlara başlayır. Onun sözlərinə görə, danışıqların məqsədi Avropayönlü hökumət yaratmaqdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi