Türkiyənin müxalif İYİ Partiyasının qurucularından biri olan Ahat Andican istefa verib.
Modern.az xəbər verir ki, bu barədə o, özü açıqlama verib.
Parlamentin 27-ci çağırış deputatı olan Andican partiyada iş görmək üçün heç bir imkanın qalmadığını bildirib və üzvlükdən istefa verdiyini bəyan edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Meral Akşenerin baş müşaviri Aytun Çıray da partiyadan istefa verib.