Modern.az

İranın daha bir vitse-prezidenti istefa verib

İranın daha bir vitse-prezidenti istefa verib

Dünya

12 İyun 2023, 11:26

İran prezidentinin iqtisadiyyat üzrə vitse-prezidenti Möhsün Rezai istefa verib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, bu barədə Möhsün Rezainin ofisindən bildirilib.

 

Məlumata görə, o, istefasını İqtisadi Əlaqələndirmə Şurasının katibliyində daimi olması ilə izah edib. Bildirilib ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei İqtisadi Əlaqələndirmə Şurasının uğursuzluğunu tənqid etmişdi.

 

S.Ə.Xamənei Prezident Rəisiyə katibliyin işini təşkil etmək üçün Möhsün Rezainin bu vəzifəyə təyin olunmasını təklif edib.

 

Xatırladaq ki, Möhsün Rezai 2022-ci ilin sentyabrında vitse-prezident vəzifəsinə təyin olunmuşdu.

 

Qeyd edək ki, bir müddət əvvəl İranın daha bir vitse-prezidenti Məsud Mirkazemi də istefa vermişdi. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi