Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud İrana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani məlumat verib.
O qeyd edib ki, səfər yaxın gələcəkdə baş tutacaq.
"Səudiyyə Ərəbistanının İrandakı səfirliyi və Baş konsulluğunun tezliklə yenidən açılacağını güman edirik”, - sözçü vurğulayıb.