Modern.az

Türkiyənin F-16 qırıcıları NATO təlimlərində iştirak edəcək

Türkiyənin F-16 qırıcıları NATO təlimlərində iştirak edəcək

Dünya

12 İyun 2023, 14:04

Türkiyənin F-16 qırıcı təyyarələri bugün Almaniyada keçiriləcək NATO hava təlimində iştirak edəcək.

 

Modern.az-ın TurkicWorld-a istinadən məlumatına görə, 12-23 iyun tarixlərində keçiriləcək Air Defender 23 (AD23) adlı təlimdə 25 ölkədən 250 təyyarə və 10 min personal iştirak edəcək.

 

Məlumata əsasən, Türkiyənin F-16 qırıcı təyyarələri Almaniyanın Jagel/Hohn hava bazasında yerləşdirilib.

 

Qeyd edək ki, Türkiyənin sabiq Müdafiə Sənayesi rəhbəri İsmail Demir ölkənin müdafiə sənayesində xaricdən asılılığını azaltmaq üçün "Özgür" F-16 Modernizasiya Layihəsi çərçivəsində yerli F-16 təyyarələri istehsal edildiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi