Modern.az

İrəvan-Batumi reysi üzrə qatarlar yola düşür

İrəvan-Batumi reysi üzrə qatarlar yola düşür

Dünya

12 İyun 2023, 15:16

İyunun 14-dən İrəvan-Batumi-İrəvan qatarı reyslərə başlayır.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, qatar qrafik üzrə 2 gündə bir reys olmaqla, hərəkət edəcək.

 

"Biletləri artıq həm onlayn, həm də Ermənistan və Gürcüstanın əsas stansiyalarının kassalarından əldə etmək olar", - deyə məlumatda qeyd olunub.

 

Eyni zamanda, İrəvan-Tbilisi-İrəvan marşrutu üzrə qatarların hərəkəti yay mövsümü üçün ləğv ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI