Modern.az

Ermənistan Hindistanla anlaşdı - Memorandum imzalandı

Ermənistan Hindistanla anlaşdı - Memorandum imzalandı

Dünya

12 İyun 2023, 15:52

Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi arasında anlaşma memorandumu imzalanıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu, Qlobal Rəqəmsal İctimai İnfrastruktur Sammiti çərçivəsində baş tutub.

 

"İmzalanmış sənədlə tərəflər iki ölkə arasında institusional əməkdaşlığın stimullaşdırılması, texniki-iqtisadi əsaslandırma, modernləşdirmənin qiymətləndirilməsi və rəqəmsal transformasiya həllərinin tətbiqi sahələrində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirirlər", - deyə məlumatda qeyd olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI