Modern.az

CHP funksioneri partiya sədrliyinə iddialıdır

CHP funksioneri partiya sədrliyinə iddialıdır

Dünya

12 İyun 2023, 16:02

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyasının rəhbəri Özgür Özel partiya sədrliyinə namizəd olacağının anonsunu verib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, məsuliyyətdən qaçmayacağını bəyan edib.

 

"Mən məsuliyyəti öz üzərimə götürməkdən qaçmayacağam. Partiya heç kimin önünü qapatmamalıdır. Olmağımın gərəkdiyi yer haradırsa, orada olacağam. Əgər bu, partiya sədrliyinə namizədlikdirsə, partiya sədrliyinə namizəd olacağam", - o bildirib.

 

Qeyd edək ki, Özel hazırkı sədr Kemal Kılıçdaroğluna yaxın olan funksionerlərdən biri hesab edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə