Türkiyədə müxalif DEVA Partiyasının qurucu üzvü Kerem Yavaşça istefa verib.
Modern.az xəbər verir ki, bu barədə siyasətçi tviter səhifəsində məlumat paylaşıb.
O, partiyanın prinsip və dəyərlərini itirdiyini əsas gətirib. K.Yavaşça qapalı idarəetmə anlayışı və özünütənqidin DEVA Partiyasında olmamasını da diqqətə çatdırıb.
Qeyd edək ki, DEVA Partiyası Türkiyənin sabiq iqtisadiyyat naziri və XİN başçısı Ali Babacanın sədrliyində yaradılmışdı.