Belarus prezidenti Aleksandr Lukaşenko İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə Belarusun rəsmi BelTA agentliyi məlumat yayıb.
“Belarus Respublikası adı İtaliya və Belarus üçün bir sıra mühüm hadisələrlə bağlı olan İtaliya Respublikası Nazirlər Şurasının keçmiş sədri Silvio Berluskoninin vəfatı xəbərini böyük kədərlə qarşıladı. Onun şəxsi töhfəsi sayəsində Belarus-İtaliya əməkdaşlığı güclü təkan aldı. O, vəziyyəti müstəqil dəyərləndirməyi, səmərəli qərarlar qəbul etməyi və onlar üçün məsuliyyət daşımağı bacaran parlaq və istedadlı şəxsiyyət, uğurlu sahibkar və uzaqgörən mötəbər siyasətçi idi", - Lukaşenkonun başsağlığında deyilir.