Ukrayna hərbçiləri Rusiya ordusuna məxsus Ka-52 "Alliqator" helikopterini məhv edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Əsgərlərimiz düşmənin “Alliqator” kimi tanınan daha bir bahalı Ka-52 hücum helikopterini məhv edib”, - açıqlamada deyilir.
Baş Qərargah helikopterin cəbhənin hansı istiqamətində vurulduğunu açıqlamayıb.
Qeyd edək ki, Ka-52 Rusiyanın yeni nəsil kəşfiyyat-hücum helikopteridir. Hava vasitəsi döyüş meydanında zirehli və zirehli olmayan texnika, canlı qüvvə və hava hədəflərini vurmaq qabiliyyətinə malikdir.