Modern.az

Berluskoninin nə qədər sərvəti qalıb?

Berluskoninin nə qədər sərvəti qalıb?

Dünya

12 İyun 2023, 21:54

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoninin mirası 4 milyard avro dəyərində qiymətləndirilir.

 

Modern.az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.

 

Bu gün 87 yaşında dünyasını dəyişən Berluskoni 1978-ci ildə yaratdığı "Fininvest" media qrupunun 61%-nə sahibdir. Şirkətin qalan səhmləri onun övladlarına məxsusdur.

 

“La Repubblica” qəzeti “Fininvest”in səhmlərinin bazar dəyərini 2,9 milyard avro olaraq qiymətləndirir. Məlumata görə, Berluskoni şirkətin son illərdəki fəaliyyətindən gündə 170 min avro qazanıb.

 

Keçmiş Baş nazirin İtaliyada bir neçə villası, Roma və Milanda mənzilləri, yaxtaları və yelkənli qayığı var. O, həmçinin "Monza" futbol klubunun sahibi olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi