Modern.az

Bayden Stoltenberqlə görüşü niyə təxirə saldı?

Bayden Stoltenberqlə görüşü niyə təxirə saldı?

13 İyun 2023, 00:24

ABŞ prezidenti Co Baydenin NATO-nun baş katibi Yens Stoltenberqlə planlaşdırılan görüşü təxirə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

İclasın təxirə salınmasının səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

 

Mətbuatda yayılan məlumata görə, Baydenin dişində problem yaranıb. Onun dünən sağ alt dişinin ağrıdığı və Ağ Evin diş həkimlərinin müayinədən sonra kanal müalicəsi tətbiq etdiyi bildirilir.

 

Baydenin həkimi onun səhhətində heç bir problemin olmadığını deyib. Prezidentin kanal müalicəsinin bu gün tamamlanacağı qeyd olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi