Fransa prezidenti Emmanuel Makron Ukrayna ordusunun əks-hücumunun bir neçə gün əvvəl başladığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, Yelisey sarayında Almaniya kansleri Olaf Şolts və Polşa prezidenti Anjey Duda ilə birgə mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, əks-hücum bir neçə həftə, hətta aylarla gedə bilər. Makron bildirib ki, əks-hücuma dəstək üçün Qərbdən silah tədarükü yaxın günlərdə də davam edəcək.
Makron deyib ki, hücum “taktiki mənada hərbi rəhbərlər tərəfindən diqqətlə planlaşdırılıb”.
“Biz döyüş sursatı, silah və zirehli texnikanın çatdırılmasını sürətləndirmişik... Qarşıdakı günlərdə və həftələrdə davam edəcəyik”, - Makron bildirib. O, həmçinin Ukraynanın əks-hücumunun uğurlu olacağına ümid etdiyini qeyd edib.