Modern.az

Müharibədən sonra Rusiya dağılacaq - XİN başçısı

Müharibədən sonra Rusiya dağılacaq - XİN başçısı

Dünya

13 İyun 2023, 10:40

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Ukraynada davam edən müharibənin Rusiya üçün yaxşı nəticələr vəd etmədiyini bildirib.

 

Modern.az xəbər verir ki, XİN başçısının fikrincə, müharibənin nəticələri Rusiya Federasiyasının dağılmasına gətirib çıxaracaq. O, həmçinin başqa ssenarilərin də mümkün olduğunu deyib.

 

"Şübhəsiz ki, Rusiya mövcud olmağa davam edə bilər. Mən onun ölçü baxımından nə qədər böyük olacağını bilmirəm. Daha imperialist, daha aqressiv, yoxsa daha demokratik olacağını da söyləmək imkanım yoxdur. Təəssüf ki, proseslərin yaxşıya doğru getməsi üçün səbəblər yoxdur",- Rinkeviç qeyd edib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu