Ermənistan-İran sərhədindəki “Mehri” sərhəd-keçid məntəqəsinin modernləşdirilməsi 2026-cı ilə qədər davam edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsindən "Sputnik Armenia"ya bildiriblər.
"Nəticədə orada beynəlxalq standartlara cavab verən müasir nəzarət-buraxılış məntəqəsi yaranacaq. Xüsusən də yük və minik avtomobillərinin rentgen müayinəsi üçün bina və platformalar tikiləcək. Keçid məntəqəsinin özü avadanlıqla təchiz olunacaq", - deyə məlumatda qeyd olunub.