Modern.az

Kılıçdaroğlu sədrliyi ona təhvil verəcək - İDDİA

Kılıçdaroğlu sədrliyi ona təhvil verəcək - İDDİA

Dünya

13 İyun 2023, 09:56

Türkiyədə sonuncu seçkilərdən sonra müxalif Cümhuriyyət Xalq Partiyasında (CHP) dəyişikliklər gündəmin əsas mövzularından biridir.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mənbələrin məlumatına görə, CHP-nin hazırkı sədri Kemal Kılıçdaroğlu partiyanın parlament fraksiyasının rəhbəri Özgür Özelin sədr olmasını arzulayır.

 

"Müzakirələr bir müddət davam edəcək, hazırda hər kəs iddiasını ortaya qoyur. Elektorat gələn il baş tutacaq bələdiyyə seçkilərinə böyük önəm verir. Bölünmə, partiyadaxili çaxnaşma arzulanmır. Dəyişiklik uzlaşma ilə reallaşmalıdır. Özel də namizəd olarsa, Kılıçdaroğluya hörmətsizlik etməz, ondan dəstək alar və proses yumşaq şəkildə irəliləyər, keçid sərt olmaz. Təsadüfi deyil ki, Kılıçdaroğlu da dəyişikliklə bağlı müsbət mesajlar verib. Burada onun arzuladığı namizəd Özel ola bilər", - deyə mənbələr qeyd edib.

 

İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlunun namizəd ola biləcəyi barədə isə ifadə olunub ki, qurultay nümayəndələri İmamoğluya tətbiq olunan siyasi qadağa riskindən çəkinəcəklər və heç kim İstanbul bələdiyyəsinin boş buraxılmasını istəmir.

 

Xatırladaq ki, həm Özgür Özel, həm də Ekrem İmamoğlu partiya sədrliyinə namizəd ola biləcəklərinin anonsunu vermişdilər.

Bu xəbər ilə bağlı
CHP funksioneri partiya sədrliyinə iddialıdır
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI