Modern.az

Almaniya Ukraynaya \"Leopard\" tədarükünü artırır

Almaniya Ukraynaya \

13 İyun 2023, 10:48

Almaniya Ukraynaya "Leopard 1" tanklarının tədarükünü artıracaq.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlayıb.

 

"Biz istismardan çıxmış hər tankı əvəz edə bilməyəcəyik, lakin iyul ayından etibarən "Leopard 1" tədarükünü artıracağıq", - nazir vurğulayıb.

 

Qeyd olunub ki, bu bəyanat Ukraynanın əks-hücum əməliyyatı zamanı “Leopard-2” tanklarının məhv edilməsi ilə bağlı xəbərlər fonunda verilib.

 

Bundan əvvəl Almaniya hökumətinin Ukraynada “Leopard”ların məhv edilməsi ilə bağlı məlumat almadığı bildirilirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI