Modern.az

İran Rusiyaya kamikadze dronların ixracını artırıb

İran Rusiyaya kamikadze dronların ixracını artırıb

Dünya

13 İyun 2023, 11:08

İran Rusiya Federasiyasına kamikadze dronlarının ixracını artırıb. 


Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının hesabatında deyilir.


Məlumata görə, Rusiya İran PUA-larını hava yolu ilə qəbul etməklə yanaşı, Xəzər dənizi vasitəsilə İrandan gəmi ilə daha böyük yüklərin qəbulunu həyata keçirir.


"Beynəlxalq Şimal-Cənub Tranzit Dəhlizi" işğaldan sonra daha çox əhəmiyyət kəsb edib. Bu, Rusiyaya beynəlxalq sanksiyalardan yayınmaqla Asiya bazarlarına, o cümlədən silah transferini həyata keçirmək üçün çıxış imkanı verir",- hesabatda qeyd edilib.


Britaniya kəşfiyyatının hesabatına əsasən, Rusiya həm də İran PUA-larının istehsalına başlamağa hazırlaşır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu