Ermənistanın Macarıstana yeni təyin olunmuş səfiri Aşot Smbatyan işə başlayıb.
Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Bildirilib ki, artıq o, Budapeştdə etimadnaməsinin surətini Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin Protokol Xidmətinin rəhbəri Anet Varqaya təqdim edib.
Ermənistanın Macarıstandakı səfirliyinin mesajında deyilir ki, Anet Varqa səfiri vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və ona işlərində uğurlar arzulayıb. Görüşdə Ermənistan və Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Ramil Səfərovun Azərbaycana ekstradisiyasından sonra Ermənistan və Macarıstan arasında uzun müddət diplomatik əlaqələr kəsilib.