Ermənistanın Sünik vilayətində (Zəngəzur) iki müqaviləli əsgər qəzada ölüb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi faktla bağlı araşdırmalara başlayıb.
Hadisə ötən gecə baş verib. Belə ki, sürücü idarəetməni itirib və avtomobil dərəyə sürüşüb.
"Lazımi ekspertizalar aparılır, müstəntiqlər faciənin səbəblərini müəyyənləşdirirlər", - deyə məlumatda qeyd olunub.