Modern.az

Lukaşenko nüvə silahından danışdı - Özümüz xahiş etmişik

Lukaşenko nüvə silahından danışdı - Özümüz xahiş etmişik

13 İyun 2023, 12:48

Belarus prezidenti Aleksandr Lukaşenko ölkə  ərazisindən nüvə silahının istifadə şərtlərini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Belarusun rəsmi BelTA agentliyi məlumat yayıb.

 

Qərb mətbuatının yazdığına görə, Rusiya iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammiti üçün Belarusda taktiki nüvə silahı yerləşdirməyə çalışır və bu hərəkətlər nüvə şantajı cəhdi kimi şərh edilir. Lukaşenkodan Belarusun onların saxlanması və istifadəsi üçün hansı şərtlərin olduğunu soruşublar.

 

"Rusiya heç nəyə can atmır. Söhbət Rusiyadan getmir", - deyə Aleksandr Lukaşenko cavab verib.

 

O, Belarusda nüvə silahının yerləşdirilməsinin onun xahişi və ölkənin təhlükəsizliyini təmin etmək üçün rəsmi Minskin Rusiya tərəfinə təcili tələbi olduğunu vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI