Modern.az

Ankara ilə problemlərin həlli üçün tarixi fürsət yaranıb - Erməni spiker

Ankara ilə problemlərin həlli üçün tarixi fürsət yaranıb - Erməni spiker

13 İyun 2023, 12:54

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılmasından danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

O bildirib ki, Paşinyanın səfəri Ərdoğanın andiçmə mərasiminin əsas hadisəsi olub.

 

"Ermənistanın baş naziri diqqət mərkəzində olub. İrəvan sərt tənqidlərə məruz qalsa belə, Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır. Problemlərin həlli üçün unikal tarixi fürsət yaranıb", - spiker qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI