Modern.az

Ukrayna məsələsinin hərbi həlli yoxdur - Prezident

Ukrayna məsələsinin hərbi həlli yoxdur - Prezident

Dünya

13 İyun 2023, 14:16

Braziliya prezidenti Lula da Silva Ukraynada “hərbi həll yolu” görmür.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, o, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşü zamanı deyib.

 

"Bizə daha çox diplomatiya və Ukraynaya daha az hərbi müdaxilə lazımdır", - Silva əlavə edib.

 

Xatırladaq ki, daha əvvəl o, dünya ictimaiyyətindən müharibəni dayandırmaq üçün Krımı Rusiya Federasiyasına verməyi təklif etmişdi. Silva daha sonra Ukraynanın ərazi bütövlüyünün pozulmasını pisləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI