Türkiyə-Yunanıstan münasibətlərinin ən təhlükəli dövrü 2020-ci ilin avqustunda olub.
Modern.az xəbər verir ki, bu barədə Yunanıstanın keçmiş xarici işlər naziri Nikos Dendias “Kathimerini” jurnalına verdiyi müsahibəsində bildirib.
“Həmin vaxt Türkiyənin “Oruc Reis” gəmisi seysmoqrafik araşdırma aparmaq üçün Yunanıstan sərhədinə yaxınlaşıb. Biz o zamanlar müharibə astanasında idik”, - Dendias qeyd edib.