ABŞ hələ də Rusiyanın ədalətli və davamlı sülhün bərqərar olması istiqamətində işləməyə hazır olduğunu görmür.
Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.
ABŞ rəsmisi bildirib ki, Ukraynanın uğurlu əks-hücum əməliyyatı gələcək sülh danışıqları zamanı Kiyevin mövqeyini gücləndirməklə yanaşı, Moskvanı diplomatiyaya doğru sövq edə bilər.
"Ukrayna əks-hücum əməliyyatında iki şeyi uğurla edə bilər. Bunlar qarşıya çıxan istənilən danışıqlar masasında öz mövqeyini möhkəmləndirmək və Putini başladığı müharibəni bitirmək üçün danışıqlara başlamağa vadar etməkdir", - Blinken deyib.