"İrəvan Ermənistan-Belarus əməkdaşlığını daha da dərinləşdirməyi hədəfləyir".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkoya yazdığı məktubunda qeyd edib.
O, Lukaşenkonu diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik edib.
"Ən yüksək səviyyələrdə fəal dialoq ikitərəfli gündəliyin möhkəmlənməsinə və genişlənməsinə, iki ölkə xalqlarının rifahı naminə Aİİ çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətə daha da töhfə verəcək”, - Ermənistanın baş naziri vurğulayıb.