Modern.az

NATO Rusiya ilə müharibəyə hazır deyil - General 

NATO Rusiya ilə müharibəyə hazır deyil - General 

Dünya

13 İyun 2023, 16:25

NATO Rusiyaya qarşı münaqişəyə hazır deyil.


Modern.az xəbər verir ki, bunu Böyük Britaniyanın istefada olan generalı Riçard Şirreff “Newsweek” jurnalına müsahibəsində deyib.


Əvvəllər NATO-nun Avropadakı qüvvələrinin baş komandanının müavini postunu tutmuş Şirreff qeyd edib ki, hazırda Avropanın şərqində - yerdə və göydə genişmiqyaslı müharibə gedir. Bu baxımdan, onun fikrincə, göyə və yerə sərmayə qoymaq lazımdır.


General xatırladıb ki, 2022-ci ildə Madrid sammitində NATO-nun baş katibi Yens Stoltenberq alyansın yüksək hazırlıqlı qüvvələrinin sayını 300 min nəfərə çatdıracağını bildirsə də, bu, baş tutmayıb.


Bundan əlavə, Şirreff hesab edir ki, NATO 2014-cü ildə Krımın Rusiya Federasiyasının tərkibinə daxil olmasından sonra güc toplamaq imkanını əldən verib.


“NATO Rusiya ilə adi müharibəyə qüvvə toplamağa hazır olacaq? Xeyr, mən buna əmin deyiləm",- keçmiş general əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu