Modern.az

Mirzoyan Maleriusla Azərbaycanı müzakirə etdi

Mirzoyan Maleriusla Azərbaycanı müzakirə etdi

Dünya

13 İyun 2023, 16:16

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Konrad Adenauer” Fondunun “Cənubi Qafqazın Siyasi Dialoqu” regional proqramının rəhbəri Stefan Maleriusu qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Armenpress"ə Ermənistan XİN-dən məlumat verilib. 

 

Bildirilib ki, həmsöhbətlər fond ilə qurulan sıx əməkdaşlıqdan məmnunluq ifadə ediblər.

 

Görüşdə regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub. Ararat Mirzoyan Ermənistan-Azərbaycan nizamlanması prosesi ilə bağlı son hadisələri, eləcə də Ermənistan tərəfinin əsas məsələlərin həlli, Cənubi Qafqazda hərtərəfli və davamlı sülhə nail olunması ilə bağlı baxışlarını təqdim edib.

 

"Bu istiqamətdə beynəlxalq aktorların davamlı cəlb olunmasının və fəal addımların atılmasının vacibliyi vurğulanıb", - deyə məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI