Modern.az

“Bayraktar” alan ölkələrin sayı 30-a çatdı

“Bayraktar” alan ölkələrin sayı 30-a çatdı

Dünya

14 İyun 2023, 00:57

Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Bayraktar TB2" pilotsuz uçuş aparatları (PUA) Küveytə satılıb.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin "Twitter" hesabında məlumat verilib.

 

Bildirilir ki, Küveytin elan etdiyi tenderdə ABŞ, Avropa və Çin şirkətləri də iştirak edib və Türkiyə PUA-ları tenderin qalibi olub. Bununla da "Bayraktar TB2"nin ixrac edildiyi ölkələrin sayı 30-a çatıb.

 

Qeyd edək ki, 27 saatdan çox havada qala bilən PUA-lar 4 ədəd lazerlə idarə olunan raketlər daşıyır. Sistem həm müşahidə apara, həm də aşkarlanan hədəfləri məhv edə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi