Modern.az

SEPAH üzvlərinə silahlı hücum - Ölən və yaralılar var

SEPAH üzvlərinə silahlı hücum - Ölən və yaralılar var

Dünya

14 İyun 2023, 09:18

İranın Kirmanşah vilayətinin Qərbi İslamabad şəhərində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) üzvlərinə silahlı hücum olub.

 

Modern.az xəbər verir ki, bu barədə SEPAH-ın Kirmanşah Korpusunun İctimaiyyətlə Əlaqələr bölməsi məlumat yayıb.

 

Qərbi İslamabadda baş vermiş atışma nəticəsində SEPAH üzvü Mehdi Şahməliki öldürülüb, digər iki əməkdaşı isə ağır yaralanıb.

 

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi