Modern.az

Lazım gələrsə, nüvə silahından istifadə edəcəyik - Lukaşenko

Lazım gələrsə, nüvə silahından istifadə edəcəyik - Lukaşenko

Dünya

14 İyun 2023, 09:57

Belarus artıq Rusiyadan bəzi taktiki nüvə silahları alıb.

 

Modern.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

 

"Rusiyadan artıq bir neçə taktiki nüvə silahını almışıq. Belarus təcavüz aktı ilə üzləşərsə, taktiki nüvə silahlarından istifadə üçün göstəriş verəcək. Zərrə qədər tərəddüd etməyəcəyik", - Belarus Prezidenti vurğulayıb.

 

Xatırladaq ki, bu ilin əvvəlində Rusiya Prezidenti Vladimir Putim Belarusa qısa mənzilli nüvə silahlarının yerləşdiriləcəyini bildirib. Lukaşenko ilə sonuncu görüşdə Putin deyib ki, silahlar üçün qurğuların tikintisi üzrə işlər iyulun 7-8-də başa çatacaq və bundan sonra nüvə silahları tez bir zamanda Belarus ərazisinə köçürüləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi