Modern.az

Yunanıstana qaçmaq istəyən PKK şübhəlisi saxlanıldı

Yunanıstana qaçmaq istəyən PKK şübhəlisi saxlanıldı

Dünya

14 İyun 2023, 10:56

Türkiyədən Yunanıstana qeyri-qanuni yolla keçmək istəyən şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Bildirilib ki, 1 nəfər Yunanıstana qaçmaq istəyərkən tutulub. Həmin şəxsin PKK terror təşkilatının üzvü olması barədə şübhələr yaranıb.

 

Şübhəli şəxs Edirnedə məhkəmə qarşısına çıxarılaraq həbs olunub. Hazırda onun barəsində araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI