Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və sözçüsü Ömer Çelik İtaliyaya səfər edəcəklər.
Modern.az xəbər verir ki, "TRT Haber" bu barədə AKP-dəki mənbələrdən məlumat əldə edib.
Belə ki, Fidan və Çelik İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin dəfn mərasiminə qatılmaq üçün Romaya gedəcəklər.
Məlumata görə, mərasimdə Türkiyənin təmsil olunması məhz bu ikiliyə həvalə olunub.
Qeyd edək ki, Berluskoni iyunun 12-də 86 yaşında ölüb.